Bir il ərzində Rusiya banklarının gəliri 41% azalıb. Dekabrda neft qiymətlərinin azalması fonunda Rusiya iqtisadiyyatı rublun devalvasiyası da daxil olmaqla böhran vəziyyətinə düşüb.
2014-cü ildə Rusiya banklarının gəliri əvvəlki illə müqayisədə 40,7% azalıb və 589 milyard rubl təşkil edib. Teleqraf.com-un məlumatına görə, bununla bağlı ölkənin Mərkəzi Bankı Rusiya Federasiyasının bank sektorunun inkişafının dinamikası haqqında rəsmi açıqlama yayıb.
Mərkəzi Bank yaranmış vəziyyəti belə izah edib: "Azalmanın əsas amili mümkün itkilərə qarşı ehtiyatların kredit təşkilatlarına yönəlməsi ilə bağlıdır".
Nail Cəlil