23 Yanvar 2015 08:53
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə dünya bazarlarında neftin qyimətinin ucuzlaşmasından qazanc götürüb".

Teleqraf.com-un “RİA Novosti”-yə istinadən məlumatına görə, bu barədə Türkiyənin baş nazirinin müavini Əli Babacan Davosda keçirilən beynəlxalq iqtisadi forumda çıxışı zamanı bildirib.

“Türkiyə neftin qiymətinin aşağı düşməsindən qazanıb. Bizim bundan ən böyük qazancımız tədiyyə balansının kəsirinin azalması oldu”, deyə Babacan qeyd edib. O əlavə edib ki, neftin ucuzlaşması ilə əlaqədar neft məhsullarının alış-verişindən tutulan vergi ödənişlərinin azalması Türkiyə iqtisadiyyatına cüzi dərəcədə neqativ təsir edə bilər.

Əli Babacanın sözlərinə görə, Türkiyə iqtisadiyyatının artım tempi 2015-ci ildə 4 faiz təşkil edəcək. Lakin bu proqnoz neftin indikindən daha yuxarı qiymətə əsaslanaraq hazırlanıb. Hazırkı qiymətlərin dəyişməyəcəyi təqdirdə isə Türkiyədə inflyasiya ildə 5 faizə çata bilər.


Müəllif:

Oxşar xəbərlər