23 Yanvar 2015 09:21
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barrelinin qiyməti 3,17% yaxud 1,47 ucuzlaşaraq 46,31 ABŞ dolları təşkil edib.

Report-un xəbərinə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də ucuzlaşma müşahidə olunub. Belə ki, "Brent"in bir barreli 1,05% və ya 0,51 dollar enərək 48,52 dollara düşüb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 53 dollar/barrel olacağı proqnozlaşdırılır.


Müəllif:

Oxşar xəbərlər