Dünya bazarında etalon neft qiymətləri cüzi artıb.
Teleqraf.com “İnterfaks”a istinadən xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 1 barel üçün 79,07 ABŞ dolları təşkil edib və bu da əvvəlki sessiyanın yekun qiymətindən 0,47 % çoxdur.
Nyu-York əmtəə birjasında “WTI” markalı neftin mart fyuçersləri 0,41 % bahalaşaraq 1 barel üçün 74,12 ABŞ dolları olub.