24 Yanvar 2015 10:03
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barrelinin qiyməti 1,58% ucuzlaşaraq 45,59 ABŞ dolları təşkil edib.

Report-un xəbərinə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində isə bahalaşma müşahidə olunub. "Brent"in bir barreli 0,55% artaraq 48,79 dollara çatıb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 52 dollar/barrel olacağı proqnozlaşdırılır.


Müəllif:

Oxşar xəbərlər