17 Fevral 18:35
5 699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ölkəsi ilə Qırğızıstan arasında nəqliyyat sahəsində əlaqələrin inkişafı istiqamətində addımlar atdıqlarını və işlərin sürətləndiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, nazir Orta dəhlizlə bağlı Qırğızıstanla multimodal daşımalara önəm verdiklərini vurğulayıb.

“Bu çərçivədə layihələndirmə mərhələsində olan və ümumi uzunluğu təxminən 310 kilometr olan Çin-Qırğızıstan dəmir yolu xəttinin iki ölkə arasında dəmir yolu nəqliyyatı və Orta dəhlizə verdiyi töhfələr müzakirə edilir. Həmçinin dəmir yolunun idarə edilməsi və istismarı sahəsində ölkəmizin təcrübəsini Qırğızıstan tərəfi ilə bölüşəcəyik. Türkiyə ilə Qırğızıstan arasında ticarət həcmini artırmaq üçün də yeni səylərimiz olacaq. Türkiyə ilə Qırğızıstan arasında ticarətin artması ilə Orta dəhliz dünyada daha güclü bir yola çevriləcək”, - Uraloğlu bildirib.

Qeyd edək ki, Orta dəhlizin əsas xətlərindən biri Azərbaycandan keçir. Zəngəzur dəhlizi də bu layihə çərçivəsindədir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər