Transanadolu (TANAP) layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından böyük əhəmiyyəti var.
Teleqraf.com-un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşündə deyib.
P.Siyartonun sözlərinə əsasən, Macarıstan əmindir ki, bu layihə ən vacib enerji layihələrindən biri olacaq.