26 Yanvar 2015 21:49
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2014-cü ildə kreditlərin böyük hissəsini (güzəştli maliyyələşmənin ümumi həcminin 63,2 faizi) kənd təsərrüfatı məhsullarının istehsalı və emalına yönəldib. Trend-in məlumatına görə, bu barədə SKMF-nin ötən ilin yekunları üzrə balansında deyilir.

SKMF-nin məlumatına əsasən, bu sahədə 5355 layihənin maliyyələşdirilməsinə 186,4 milyon manat ayrılıb ki, bunun da 164,2 milyonu kənd təsərrüfatı məhsullarının istehsalının payına düşüb. Emal sahəsində 11 layihənin reallaşdırılmasına 22,2 milyon manat ayrılıb. Kənd təsərrüfatında layihələrin reallaşdırılması nəticəsində ümumilikdə 10 673 iş yeri açılacaq.

Fond 2014-cü ildə müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahəsində 50,98 milyon manat dəyərində (ayrılmış kreditlərin ümumi həcminin 17,3 faiz xüsusi çəkisi ilə) 189 layihə maliyyələşdirib. Bu layihələrin reallaşdırılması nəticəsində 1342 iş yeri yaradılacaq.

SKMF xidmət sahəsinin inkişafında (infrastruktur sahəsində) 57,6 milyon manat məbləğində (19,5 faizlik payla) 16 layihə maliyyələşdirib. Bu layihələrin həayata keçirilməsi 549 iş yerinin açılmasını təmin edəcək.

Fondun məlumatına əsasən, 2014-cü ildə SKMF-nin maliyyələşdirdiyi layihələrin 98 faizi kiçik həcmli kreditlərin (63,9 milyon manat məbləğində və ya kreditlərin ümumi məbləğinin 21,7 faizi) payına düşür. Fond 7,5 milyon manat dəyərində 48 orta həcmli kredit (0,9 faiz) və 223,6 milyon manat dəyərində 63 iri həcmli kredit (75,8 faiz) verib.

SKMF ötən il 5570 sahibkara 295 milyon manat məbləğində güzəştli kredit verib.


Müəllif:

Oxşar xəbərlər