Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidməti Ukraynanın “Artemsol” şirkətinin məhsullarının ölkəyə idxal edilməsinə qadağa qoyub.
Teleqraf.com-un “İzvestiya” qəzetinə istinadən məlumatına görə, bununla əlaqədar Türkiyə Rusiya bazarını duzla təchiz etməyə hazır olduğunu bildirib.
Qeyd olunur ki, Türkiyə hökuməti Gömrük və Ticarət Nazirliyinə Rusiyaya duz ixracının artırılmasının mümkünlüyünə dair tapşırıq verib. Qeyd edək ki, hazırda ixracın həcmi 50 min ton təşkil edir. /APA/