14 May 2014 12:58
1 597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yaşayan hər 9 ailədən biri varlıdır.

Teleqraf.com-un "Turan"a istinadən məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarından aydın olur. Komitənin məlumatlarına görə, 2013-cü ildə Azərbaycanda varlı ailələrin sayı ümumi ailələrin 5,2%-ni təşkil edib.


Qeyd edək ki, varlı ailələr - adambaşına aylıq gəliri 300 manatdan çox olanlar sayılır. Paytaxtda varlı ailələrin sayı daha çoxdur. Bakılıların 11,1%-nin adambaşına aylıq gəliri 300 manatdan çoxdur. Bu, ötən ilkindən 6% artıqdır. Paytaxtda ailələrin 43%-də hər ailə üzvü 200 manat və daha çox qazanır. Ölkə üzrə bu ailələr 28,3%-dir.


Bakıda 100 manatadək gəliri olanlar 0,7% təşkil edir. Ölkə üzrə bu göstərici 0,5%-dir. Naxçıvan MR-da ayda adambaşına 105 manatdan az qazanan ailə yoxdur.

Dağlıq Şirvan iqtisadi rayonunda varlılar daha azdır – 1,2%. İl ərzində onların sayı 0,8% azalıb.


2013-cü ildə adambaşına ayda 100-200 manat və 200-300 manat alanların strukturunda dəyişiklik olub.

2012-ci ildə adambaşına ayda 100-200 manat qazananlar 75,3% olub, ötən il 65,6%-ə düşüb.

Adambaşına ayda 200-300 manat qazananlar isə artıb - 2012-ci ildəki 19,4%-ə qarşı 23,1%.


Müəllif: