5 İyun 11:49
1 634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiya qaz ehtiyatını artırmağı planlaşdırır, bununla bağlı Azərbaycan, Macarıstan və Rusiya ilə danışıqlar aparacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib.

Ölkə lideri hazırda 544 milyon kubmetr qaz ehtiyatlarının olduğunu açıqlayıb.

“Mən bununla kifayətlənmirəm. Həcmi artırmalıyıq, bu barədə macar dostlarımızla danışmalıyıq. Bunu həm də Azərbaycan və ruslarla müzakirə etməliyik”, - Vuçiç bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər