“LU-MUN Holding” Bakıda qara kürünün kiloqramını 3 min manata satır.
Teleqraf.com xəbər verir ki, holdinqin törəmə şirkəti “Azerbaijan Fish Farm” MMC dayanıqlı akvakultura və ətraf mühitin mühafizəsi ilə məşğuldur. Nərə balıqlarının yetişdirilməsi və “Baku Caviar” brendi altında kürü istehsalı üzrə ixtisaslaşan şirkət həm daxili, həm də xarici bazar üçün məhsul ixrac edir.
Şirkət Azərbaycanın balıq sənayesinin ən böyük sərmayəçisidir.
Şirkət aşağdaki genişmiqyaslı istehsal layihələrini özündə ehtiva edir: Neftçala rayonunun Yenikənd qəsəbəsində nərəkimilərin yetişdirilməsi ferması və Xəzər sahilində bu müəssisəyə inteqrasiya olunmuş istehsal təsərrüfatı. Məhz burada Bankə qəsəbəsində 1954-cü ildə Azərbaycanda ilk təcrübi nərə balığı yetişdirmə zavodu tikilib. Şirkət Zaqatala, Qəbələ və Mingəçevir rayonlarında da forel və Xəzər qızılbalığı yetişdirir.