Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 5 ulduzlu hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət 283,3 manat təşkil edib.
Teleqraf.com xəbər verir ki, Bakıda 3 ulduzlu hotellərdə orta qiymət 25% -bahalaşıb.
Dövlət Turizm Agentliyinin hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,5 % azdır.
Hesabat dövründə ən yüksək qiymət 404,4 manat olmaqla Qəbələdə qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 80,6 % azdır.
İkinci yerdə 307 manat olmaqla Quba hotelləri qərarlaşıb. Bu, illik müqayisədə 79,5 % azdır.
5 ulduzlu hotellər arasında üçüncü yeri isə 399 manat olmaqla Naftalan tutub. Bu rayonda orta qiymət son 1 ildə 30,9 % azalıb.
Şamaxıda 5 ulduzlu hotellərdə bir gecə qalmaq 282,9 manata (+ 8,6 %), İsmayıllıda 280 manata (-57,9 % ), Bakıda 267,9 manata (- 22,3 %), Şəkidə 237 manata (+ 24 %), Şabranda 206,3 manata (- 10,8 %), Lənkəranda 206 manat (ötən ilin eyni dövründə rayonda 5 ulduzlu hotel olmayıb), Qaxda 191,4 manata (+ 4,3%) Naxçıvanda isə 115 manata (+ 56,5 %) başa gəlib.