Türkiyədə inflyasiya ilə bağlı ən çətin vəziyyət sona çatıb.
Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək TÜSİAD-in yığıncağında çıxışı zamanı belə deyib.
Ölkədəki iqtisadi göstəricilər və valyuta məzənnələri ilə bağlı mühüm mesajlar verən nazir Şimşək daha sonra bildirib:
"Bu il Türkiyə böyük ehtimalla Dünya Bankının adambaşına milli gəlir kriteriyasına görə ilk dəfə yüksək gəlirli ölkələr qrupuna daxil olacaq".