29 İyul 10:14
1 353
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bazarında neft qiymətləri Yaxın Şərqdə gərginliyin artması fonunda artıb.

Teleqraf.com xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin sentyabr fyuçersləri 1 barel üçün 0,32 ABŞ dolları (0,39 %) bahalaşaraq 81,45 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin sentyabr fyuçersləri isə bir barel üçün 0,26 ABŞ dolları (0,34 %) bahalaşaraq 77,42 ABŞ dolları olub.

Ötən həftənin yekununda isə "Brent" markalı neft 1,8 %, WTI markalı neft 1,9 % ucuzlaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər