31 İyul 08:25
1 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Duması kriptovalyuta mədənçiliyini leqallaşdıran qanunu səsverməyə qoyub.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, Dumada keçirilən sessiyada qanun təsdiqlənib.

Müvafiq olaraq, Rusiya hökumətinin müəyyən etdiyi fiziki şəxslər və şirkətlər enerji istehlakı limitlərini aşmamaq şərti ilə kriptovalyuta mədənçiliyi ilə məşğul ola biləcəklər.

Qüvvəyə minməsi üçün qanun əvvəlcə Rusiya Federasiya Şurası, sonra isə Rusiya Prezidenti Vladimir Putin tərəfindən təsdiqlənməlidir.


Müəllif: Arzu

Oxşar xəbərlər