Bu ilin, 11 ayında Azərbaycan 923 milyon dollar dəyərində yeyinti məhsulları ixrac edib. Bu da illik müqayisədə 12,3% artım deməkdir.
Teleqraf.com xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda qeyd edilib.
Ümumilikdə hesabat dövründə Azərbaycanın qeyri neft-qaz ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9% artaraq 3,1 milyard dollar təşkil edib. Qeyri-neft ixracında ən çox artım şəkər və şəkərdən hazırlanan qənnadı məhsullarda baş verib - 65,4%. Cari ilin 11 ayında pambıq lifinin ixracı 52,6% artaraq 170 milyon dollar, qiymətli metallar 29% artaraq 189,8 milyon dollar təşkil edib.
Aqrar məhsullar üzrə ixracda artım 4,4% olub. Azərbaycan 2024-cü ilin yanvar-noyabr ayları ərzində xaricə 701,7 milyon dollar dəyərində kənd təsərrüfatı məhsulları satıb. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracında artım isə 15,9%-ə bərabər olub.