Avropa sessiyasında təbii qaz fyuçerslərinin qiymətləri ucuzlaşıb.
Teleqraf.com xəbər verir ki, Nyu-York əmtəə birjasında yanvar ayında tədarük edilmək şərtilə təbii qaz fyuçersləri 0,79% azalaraq mln BTU (British thermal unit – Britaniya istilik vahidi) üçün 3,16 dollar təşkil edib.
ABŞ dollarının 6 əsas valyuta səbəti qarşısında ölçülən USD indeksi fyuçersləri 0,17% artaraq 106 dollara bərabər olub.
NYMEX-də ticarət edilən digər əmtəələrə gəlincə, yanvarda çatdırılmaq şərti ilə WTI markalı xam neft 0,38% ucuzlaşaraq barreli 68,11 dollar, mazut isə əskinə 0,34% bahalaşaraq 2,18 dollar olub.