“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti (ASC) yeni traktorlar alır.
Bu barədə Teleqraf.com dövlət satınalmalarının vahid internet portalına istinadən məlumat verir.
50 ədəd traktorun alınması nəzərdə tutulub.
Məlumata görə, artıq bununla bağlı ASC hazırlıqlara başlayıb.
Qurum sözügedən işlərin icrasını "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinə həvalə edib və onunla dəyəri 2 milyon 330 min 100 manat olan müqavilə bağlayıb.
Qeyd edək ki, "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi 2007-ci ildə dövlət qeydiyyatına alınıb. İstehsalat Birliyinin hüquqi təmsilçisi isə Əliyev Amin Allahverdi oğludur.