Azərbaycana yatırılan birbaşa xarici investisiyalarda ilk yeri Böyük Britaniya tutur.
Teleqraf.com xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov media brifinqində bildirib.
AMB rəsmisinin sözlərinə görə, BXİ üzrə ilk beş ölkəyə, Böyük Britaniya – 1,3 milyard dollar, Türkiyə – 911 milyon dollar, Kipr – 553 milyon dollar, BƏƏ – 356 milyon dollar və İran – 275 milyon dollar, daxildir.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların həcmi təxminən 4,5 milyard ABŞ dolları təşkil edib.