11:56
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlin əvvəlindən manatın məzənnəsi türk lirəsinə qarşı 17.1, Ukrayna qrivnasına qarşı 11.2, Qazaxıstan tengəsinə qarşı isə 5.3% yüksəlib.

Teleqraf.com xəbər verir ki, 2024-cü ilin 9 ayında banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın diapazonda hərəkət edib. Belə ki, kommersiya banklarının 1 ABŞ dolları üçün gündəlik ortalama alış məzənnəsi rəsmi məzənnədən 0.32%, satış məzənnəsi isə 0.12% fərqli olub. Hesabat dövründə manatın məzənnəsi avro qarşısında 1.7%, funt sterlinq qarşısında 4.2%, frankı qarşısında isə 2% ucuzlaşıb. İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına təsir edib. Ümumilikdə, ilin 9 ayı ərzində manatın qeyri-neft ticarət çəkili nominal effektiv məzənnəsi 2.9% möhkəmlənib. Real effektiv məzənnəsi isə 3.3% ucuzlaşıb. Azərbaycandakı inflyasiyanın tərəfdaş ölkələrdəki orta çəkili inflyasiyadan aşağı olması real effektiv məzənnəyə azaldıcı təsir edib.


Müəllif: Teleqraf.com