13:04
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 79,3% olub.

Teleqraf.com xəbər verir ki, qeyri neft-qaz sektoruna cəlb edilən birbaşa xarici investisiyaların ümumi məbləği 2,7% artıb. Nəticədə bu rəqəm 900 mln. dollar olub.

Birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunan sərmayənin ümumi məbləği 4,5 mlrd, xarici iqtisadiyyata yönəldilən xarici investisiyaların həcmi isə 1,5 mlrd. dollar olub. Ümumilikdə birbaşa xarici investisiyalar üzrə 0,8 mlrd. dollar kəsir yaranıb.


Müəllif: Teleqraf.com