Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 102 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 101 %, qeyri-qida məhsulları üzrə 101,5 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,8 % təşkil edib.
Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin noyabr ayında istehlak qiymətləri indeksi ötən ilin eyni ayına nisbətən 104,4 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 104,4 %, qeyri-qida məhsulları üzrə 102,2 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 106 % olub.
Ötən ay istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 % təşkil edib. O cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,4 % təşkil edib.