15:00
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin 9 ayında Azərbaycanın cari əməliyyatlar balansında müsbət fərq xeyli azalıb.

Teleqraf.com Mərkəzi Bankın statistik məlumatlarına istinadən xəbər verir ki, cari əməliyyatlar balansının profisiti 2023-cü ilin ilk 9 ayında 6,673.9 milyard dollar olmuşdu. Bu ilin eyni dövründə isə 3,952.9 milyard dollara qədər azalıb. Nəticədə cari əməliyyatlar balansında profisitin məbləğində 2,72 milyard dollar (41 faiz azalma) qeydə alınıb.

Profisitin azalmasının əsas səbəbi xarici ticarətdə müsbət fərqin 29.8 faiz kiçilməsidir. Əvvəlki ilin 9 ayında xarici ticarətdə 10 milyard dollara yaxın müsbət fərq yarandığı halda, bu il müsbət fərq 7 milyard dollara düşüb. Xarici ticarətlə yanaşı cari əməliyyatlar balansında pisləşməyə təkrar gəlirlər balansında müsbət fərqin azalması da təsir edib. Burada müsbət fərq 835 milyon dollardan 491 milyon dollara qədər geriləyib.

Ancaq xidmətlər balansında və ilkin gəlirlər balansında dinamika müsbətə doğru olub. Xidmətlər balansında kəsir 1,74 milyard dollardan 1,56 milyard dollara, ilkin gəlirlər balansında isə kəsir 2,39 milyard dollardan 1,98 milyard dollara qədər kiçilib.


Müəllif: Teleqraf.com