Azərbaycan Mərkəzi Bankı "Bakı Sığorta"nın lisenziyasını könüllü müraciət əsasında ləğv edib.
Teleqraf.com AMB-yə istinadən xəbər verir ki, "Bakı Sığorta" ASC-nin mövcud maliyyə göstəriciləri Cəmiyyətin öhdəliklərinin tam və vaxtında icra edilməsinə imkan verir: “Cəmiyyətin ləğvetmə prosesi Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində nəzarətdə saxlanılacaq".