Azərbaycanın qeyri-neft məhsullarının ixrac edildiyi ölklərin sırasında ilk üçlükdə Rusiya, Türkiyə və Gürcüstan dayanır.

Teleqraf.com xəbər verir ki, bu ilin 11 ayında Rusiyaya 1 milyard 67 milyon 906 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Türkiyəyə qeyri-neft məhsullarının ixrac dəyəri 507 milyon 130 min dollar, Gürcüstana 252 milyon 921 min dollar olub.

İxrac əsasən statisonar nəqletmə vasitələri ilə reallaşdırılıb.