19 Dekabr 17:02
270
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Kimya Sənaye Parkının yeni rezidenti tərəfindən 120 yeni iş yeri yaradılacaq.

Teleqraf.com xəbər ki, Türkiyə kapitallı “Eurotec Group” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Bununla da Sənaye Parkının rezidentlərinin sayı 42-yə çatıb.

Yeni rezident tərəfindən Sənaye Parkının 2 hektar ərazisində ildə 200 min ədəd metal çəllək istehsal etmək gücündə olan zavodun qurulması nəzərdə tutulur. İnvestisiya həcmi 9 milyon manatdır.

Belçikanın qabaqcıl texnologiyasından istifadə ediləcək müəssisədə istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər