Sənaye müəssisələrinin anbarlarında 1 dekabr 2024-cü il vəziyyətinə 794,7 milyon manatlıq hazır məhsul qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, Statistika Komitəsinə istinadən xəbər verir ki, istehsal edilən məhsulun böyük hissəsi istehlakçılara göndərilib.
Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 794,7 milyon manatlıq hazır məhsul qeydə alınıb.
Ehtiyatların 49,4 faizi Bakı, 16 faizi Sumqayıt, 3,2 faizi Gəncə, 2,8 faizi Şirvan şəhərlərinin, 1,5 faizi Naxçıvanın, qalan hissəsi isə digər şəhər və rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınan və satış üçün nəzərdə tutulan 100,4 milyon manat məbləğində digər məhsullar da mövcud olub.