"MilliKart" Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının azaldığını elan edib.
Teleqraf.com xəbər verir ki, qurum kreditorların öz tələblərini bir ay ərzində təqdim etməsini açıqlayıb.
“MilliKart” Dövlət Proqramının tələblərinə müvafiq olaraq, nizamnamə kapitalı 4 milyon manat olmaqla, məhdud məsuliyyətli cəmiyyət formasında fəaliyyətə başlayıb.