17:42
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadçılar 2025-ci ildə Avrozona iqtisadi artımı ilə bağlı proqnozlarını 1,2%-dən 1%-ə endiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Agentliyin sorğusunda iştirak edən ekspertlər 2026-cı il üçün də proqnozlarını aşağı salıblar. Avrozonanın aparıcı iqtisadiyyatı hesab edilən Almaniyada 2025-ci ildə cəmi 0,4%, 2026-cı ildə isə 1% iqtisadi artım gözlənilir. Hər iki növbəti il üçün proqnozlarda 0,3 faiz azalma var.

Fransanın ümumi daxili artım proqnozu da endirilib. İspaniya iqtisadiyyatının isə əvvəllər gözləniləndən daha sürətli böyüməsi gözlənilir.

Ekspertlər həmçinin Avrozonada inflyasiyanın 2025-ci ilin ikinci rübündə 2%-, 2026-cı ildə isə 1,9%-ə düşəcəyini proqnozlaşdırırlar.

Yeri gəlmişkən, iqtisadçıların proqnozları Avropa Mərkəzi Bankının proqnozlarından bir qədər pessimistdir. Maliyyə qurumunun təxminlərinə görə, avrozona iqtisadiyyatı 2025-ci ildə 1,1%, 2026-cı ildə isə 1,3% artacaq.


Müəllif: Teleqraf.com