11:14
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-ci ilin yanvar-noyabr aylarında yığılan sığorta haqlarının məbləği 1 milyard 222,2 milyon manata çatıb. Hesabat dövründə sığorta ödənişlərinin həcmi 694 milyon 053 min manat olub.

Teleqraf.com xəbər verir ki, sığorta sinifləri üzrə icbari sığorta haqlarının və ödənişlərinin payı daha yüksək olub.

Sığorta şırkətlərinə 309 milyon 608 min manat icbarı sığorta haqqı ödənilib. Ödənişlərin həcmi isə 125 milyon 961 min manat olub.

Ümumilikdə sığorta bazarı 10 faiz böyüyüb. Lakin sektorun zərərlilik göstəricisi artıb. Belə ki, ötən 10 ayı ərzində toplanmış hər 100 manat sığorta haqqının 57 manatı ödəniş edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər