25 Dekabr 15:55
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə üzrə cəmi 27 milyard 368 milyon 147 manat kredit qoyluşunun 20 milyard 976 min 134 manatı paytaxtın payına düşüb.

Teleqraf.com Mərkəzi Banka istinadən xəbər verir ki, kreditləşmənin regionlar üzrə bölgüsündə ikinci sırada Abşeron-Xızı iqtisadi rayonu qərarlaşıb.

Bu bölgədə 1 milyard 60 milyon manat kredit verilib. Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə verilən kreditlərin həcmi 816 milyon 136 min manat təşkil edib.

Ən az kredit isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb - 17 milyard 392 milyon manat.

Kredit portfeli əsasən 9 rayonda bölüşdürülüb.

Kredit faizlərinə gəlincə, banklar tərəfindən ən ucuz kreditlər Bakı, ən bahalı kreditlər isə Dağlıq Şirvan iqtisadi rayonu üzrə verilib. Dağlıq Şirvan iqtisadi rayonunda kreditlərin orta faiz dərəcəsi 19.24%, Bakıda 11,77% olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər