27 Dekabr 10:54
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dolların dünya valyuta ehtiyatlarında payı son üç onilliyin minimumuna düşüb. Cari ilin iyul-sentyabr aylarında ABŞ valyutasının dünya ehtiyatlarında payı 0.85 faiz bəndi azalaraq 57.4% təşkil edib. Bu da 1995-ci ildən bəri ən aşağı göstəricidir.

Teleqraf.com xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun hesabatında deyilir.

Dolların payının azalmasının əsas səbəbi avro ilə investisiyaların artması olub. Üçüncü rübdə avro ilə investisiyaların payı ikinci rübdəki 19.75%-dən 20.02%-ə yüksəlib.

Dollarla yanaşı İsveçrə frankının da dünya valyuta ehtiyatlarında payı 2021-ci ildəki 0.2%-dən ən aşağı səviyyəyə – 0.17%-ə düşüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər