27 Dekabr 13:50
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il üzrə xərcləri 7 milyard 676,4 milyon manat proqnozlaşdırılır. Bu da 2024-cü ilin büdcəsinə nisbətən 10,45 % çoxdur.

Teleqraf.com xəbər verir ki, fondun 2025-ci il büdcəsinin gəlirləri 7 milyard 617 milyon 400 min manat nəzərdə tutulub.

Növbəti il əmək pensiyalarının ödənilməsi xərcləri 7 milyard 210 milyon 530 min manat proqnozlaşdırılıb. Məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərcləri 198 milyon 410 min manat olacaq.

Fondun 2025-ci il üçün gəlirlərinin 78,73 faizi qədərini məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalat təşkil edəcək. Bu da 2024-cü ilin təsdiqlənmiş proqnoz məbləği göstəricisi ilə müqayisədə 9,48 faiz çoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər