Rusiya prezidenti Vladimir Putinin son bəyanatından sonra Avropada təbii qazın qiyməti artıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.

Agentliyin məlumatına görə, dekabrın 27-də əsas qazın qiyməti 5% artıb ki, bu da son 7 gündə ən ciddi artım olub.