2025-ci ildә dә pul siyasәtinin ötürücülüyündә mәzәnnә kanalının başlıca rol oynayacağı gözlәnilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2025-ci il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.
Qeyd edilir ki, manatın nominal effektiv mәzәnnәsi inflyasiya idxalına әhәmiyyәtli tәsir göstәrәn amillәrdәn biri olaraq qalacaq.
Beynәlxalq analitik mәrkәzlәrin ikitәrәfli mәzәnnәlәr üzrә proqnozları әsasında aparılan son hesablamalara görә 2025-ci ildә dә manatın nominal effektiv mәzәnnәsi möhkәmlәnmә istiqamәtindә dәyişәcәk.