Un istehsalçılarının topdansatışsatış qiymətləri məlum olub. Azərbaycanda hazırda 50 kq-lıq unun son topdansatış qiymətləri 26-28,20 manat arasında dəyişir.
Teleqraf.com İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, bazara təqdim olunan ən bahalı un "Azeri-Arapoğlu U.S.və T.LTD" BM-ə məxsus undur. Bu marka altında bazara çıxatılan unun 50 kq-lıq satış qiyməti 28.20 manat təşkil edir.
Ən ucuz un növü "Dəvəçi-Taxıl" MMC-nin bazara çıxardığı undur - 26 manatdır.
"Anadoluqida" və "AVETA" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,15 manat, "Bakı Taxıl Terminalı", "Dəniz un sənayesi LTD", "Karmen", "Orxan UN", "Xırman", “SKY AGRO” MMC-lər, "Nadir Quliyev adına Bakı-Taxıl" ASC, "PAK-NUR" FİRMASI və "Səma" fərdi firmalarına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,05 manat,"Dəvəçi-Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26,60 manat təşkil edir.