28 Dekabr 14:48
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bazis inflyasiyası bu ilin noyabr ayında oktyabr ayı ilə müqayisədə 0,5 faiz artıb.

Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bazis inflyasiyası əvvəlki ilin noyabr ayı ilə müqayisədə 3,9 faiz, 2024-cü ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 1,9 faiz artıb.

“Bazis inflyasiya” dedikdə qiymətlərini dövlətin tənzimlədiyi malların və xidmətlərin qiymətlərinin dəyişimindən, həmçinin mövsümi faktorlardan təmizlənmiş inflyasiya göstəricisi nəzərdə tutulur. Başqa sözlə, “bazis inflyasiya” hesablanarkən qiymətlərini dövlətin tənzimlədiyi (əsas enerji daşıyıcıları və s.) və mövsümi amillərin güclü təsirinə məruz qalan (meyvə-tərəvəz) və sair kimi mal və xidmət növləri istehlak səbətindən çıxarılır. Mərkəzi Bankın tənzimləyə biləcəyi inflyasiya məhz “bazis inflyasiya”dır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər