2024-cü ilin yanvar-noyabr aylarında "Azərkosmos" tərəfindən dünyanın 50 ölkəsinə 16,9 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac olunub.
Teleqraf.com xəbər verir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 73%-ni təşkil edib. 2024-cü ilin noyabr ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1,5 milyon dollar dəyərində xidmət ixrac edib.
On bir ay ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 5,4 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,5 milyon dolları ilə Lüksemburq, 826,1 min dollar ilə BƏƏ, 639,5 min dollar ilə Pakistan, 600,4 min dollar ilə isə Türkiyə qərarlaşıb.