“Azərbaycan Dəmir Yolları” QSC ötən ili 101 milyon 259 min manat xalis zərər ilə başa vurub.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumat QSC-nin 2023-cü il üzrə maliyyə hesabatında yer alıb.
2022-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC 46 milyon 909 min manat gəlir əldə edib.
Ötən il şirkət sərnişindaşımadan 9 milyon 274 min manat, yükdaşımadan isə 482 milyon 774 milyon manat gəlir əldə edib. Ötən il 2022-ci illə müqayisədə qurumun yükdaşımadan gəlirləri 42 milyon 724 min manat azalıb.
Ümumilikdə “Azərbaycan Dəmir Yolları” QSC -nin gəlirləri 2022-ci illə müqayisədə 2023-cü ildə 1 milyon 264 min manat artaraq 602 milyon 672 min manat təşkil edib.
"Azərbaycan Dəmir Yolları"nın 2023-cü ildə 653 milyon 498 min manat cəmi gəlirlərinə qarşı cəmi xərcləri 754 milyon 461 min manat təşkil edib. Yaranmış 100 milyon 963 min manatlıq fərq şirkətin böyük məbləğdə kapitalı hesabına bağlanılıb.
Qurumun əməliyyat fəaliyyətlərindən zərəri 53 milyon 968 min manat olub.