31 Dekabr 2024 11:12
1 679
12 Punto 14 Punto 16 Punto 18 Punto

2025-ci ilin dövlət büdcəsində “Azərilayt” markalı xam neftin və təbii qazın qiyməti proqnozlara müvafiq olaraq 1 barrel üçün 70 ABŞ dolları və min kubmetr üçün 242 ABŞ dolları qəbul edilməklə hesablanıb.

Teleqraf.com Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2026-2028-ci illər üzrə xam neftin bir barelinin qiyməti 65 ABŞ dollar proqnozlaşdırılıb.

Təbii qazın min kubmetrinin isə 236 ABŞ dollarından realizə edilməsi gözlənilir.

Proqnozlara görə, ortamüddətli dövrün sonuna ÜDM 150,8 milyard manatadək yüksələcək. Onun qeyri-neft-qaz sektoruna aid hissəsinin xüsusi çəkisi isə 77,8 faizədək artacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər