Sabahdan ölkədə yaşayış minimumu 285 manat təşkil edəcək.
Teleqraf.com xəbər verir ki, yanvarın 1-də “Yaşayış minimumu haqqında” Qanun qüvvəyə minir.
Yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, cari ildə yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində olub.
Yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.