2 Yanvar 10:01
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda minik avtomobillərin istehsalı kəskin şəkildə artıb.

Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin yanvar-noyabr aylarında 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2088 ədəd və ya 66,6 faiz çox minik avtomobili istehsal edilib.

Yük avtomobillərinin istehsalı 0,5 faiz, traktorların istehsalı isə 13,6 faiz azalıb.

Ümumilikdə, maşın və avadanlıqların, digər nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2024-сü ilin yanvar-noyabr aylarında 725,8 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 56,6 faiz artıb, maşın və avadanlıqların istehsalı 46,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 52,9 faiz azalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər