Ötən ilin 11 ayında iqtisadiyyata cəmi kredit qoyluşları 29,07 milyard manat olub. Kreditlərin 24,3 faizi dövlət bankları tərəfindən verilib.

Teleqraf.com xəbər verir ki, hesabat dövründə dövlət bankları 7 milyard manat kredit ayırıblar.

Hesabat dövründə özəl banklar tərəfindən 20 milyard 296.2 milyon manat kredit qoyuluşu reallaşdırılıb. Bu da ümumi kreditləşmənin 69,8 faizi deməkdir.

Xatırladaq ki, 2023-cü ilin yanvar-noyabr aylarında özəl bankların təqdim etdikləri kreditlərin kredit portfelində xüsusi çəkisi 74 faiz, dövlət banklarının isə 22,9 faiz təşkil edib.

2024-cü ilin yanvar-noyabr aylarında qeyri-bank kredit təşkilatlarının ümumi kredit qoyluşunda xüsusi çəkisi 5,8 faiz olub.

Mərkəzi Bankın açıqlamasına görə, kredit qoyuluşlarında azalma lisenziyası ləğv edilmiş banklarla əlaqədardır.