Əmtəə birjasında qızılın qiyməti artıb, gümüş isə ucuzlaşıb.
Teleqraf.com birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 0.06% artaraq 2648,90 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti isə 0.03% azalaraq 30.58 ABŞ dollarına bərabər olub.
Qızılın qiyməti ötən il 27 faiz yüksələrək ABŞ-da monetar siyasətin təsiri ilə rekord qırıb. Lakin noyabrda ABŞ-da keçirilən seçkilərdə Donald Trampın qələbəsinin dolların məzənnəsini dəstəkləməsi nəticəsində qiymətli metal yüksəliş sürətini itirdi.
Qeyd edək ki, "Goldman Sachs" qızılın dəyərinin 3000 dollara çatacağı yönündə proqnozunu 2026-cı ilin ortalarına ertələyib.