7 Yanvar 16:20
210
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi yer təkindən istifadə üzrə növbəti hərrac elan edib. Belə ki, Xocalı rayonunun inzibati ərazisində yerləşən “Xocalı” gil yatağı auksion formasında hərraca çıxarılacaq. Bu hərracla yatağın 1 LOT üzrə 6 ha sahəsində 5 il müddətində istismara icazə veriləcək.

Teleqraf.com İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumat verir ki, hərracın başlanğıc qiyməti 10 000 manat, 10% beh məbləği isə 1000 manat təşkil edir.

Hərrac 19 fevral 2025-ci il tarixində saat 11:00-da auksion formasında keçiriləcək.

Hərracda iştirak haqqı 540 manat müəyyənləşdirilib.

Xatırladaq ki, hərraca 5 iş günü qalmış sənəd qəbulu başa çatır.


Müəllif: Teleqraf.com