8 Yanvar 09:10
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin inzibati binasının əsaslı təmir işləri ilə bağlı satın alma elan edib.

Teleqraf.com xəbər verir ki, tender üzrə işlərin ehtimal edilən qiyməti 75 min 979 manatdır.

Şərtlər toplusuna nazirliyin inzibati binasında ümumi sahəsi 400 kvadratmetr olan 9 otağın əsaslı təmiri daxildir.

Tenderdə iştirak haqqı 151.96 manatdır. Təkliflərin son təqdim olunma tarixi 31 yanvardır. Zərflər elə həmin gün açılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər