Bu gündən "Kapital Bank” ASC-nin istiqrazları üzrə abunə yazılışı başlayır.
Teleqraf.com xəbər verir ki, bank hər biri 100 dollar olmaqla 250 min ədəd istiqraz buraxacaq və buraxılışın ümumi məbləği 25 milyon dollar olacaq.
İstiqrazlar üzrə abunə yazılışı yanvarın 22-sinə kimi 15 təqvim günü ərzində tamamlanacaq. İstiqrazlar üzrə yerləşdirmə yanvar 24-də baş tutacaq.
Qeyd edək ki, istiqrazların illik gəlirliyi yüksəkdir – illik 7%. Bu, bankın dollarla yüksək gəlirli ikinci istiqraz buraxılışıdır.
Belə ki, "KapitalBank"ın bu istiqrazlarına 10 min dollar yatıran investiorlar ildə 700 dollar, 100 min dollar yatıranlar isə ildə 7000 dollar və sair bu qayda ilə qazanc əldə edəcəklər. İstiqrazlar üzrə faizlər 3 aydan bir ödəniləcək.