
Azərbaycanın təbii bal idxalı ixracını dəfələrlə üstələyib.
Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 114,12 ton təbbi bal idxal edib ki, bu da ixracından (3.58 ton) 32 dəfə çoxdur.
Ümumilikdə isə, ötən ilin 11 ayında təbii bal idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15 ton artıb. İxrac isə cüzi artıb: 70 kq.