“Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı problemli borcların müqabilində mülkiyyətinə götürdüyü əmlakların satışına başlayır. Yanvarın 10-da BOKT-un balansında olan əmlaklar hərraca çıxarılacaq.
Teleqraf.com xəbər verir ki, hərraca Səbail rayonu, Zərifə Əliyeva küçəsində 3 mənzil təklif edilir. Mənzillərdən birinin start qiyməti 650 min manatdan başlayır.
Qeyd edək ki, beh kimi iştirakçılardan 32 500 manat tələb edilir. Bu vəsait "Aqrarkredit" QSC BOKT-un hesabına köçürülməlidir.
Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı yaradılır.
Xatırladaq ki, 2023-cü ilin sonuna “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı 3,404 milyon manat xalis mənfəət əldə edib.